Parisdəki etirazçılar «Marselyoza» oxuyurlar! - Makronun istefası tələb olunur...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Parisdə etirazların növbəti dalğası zamanı nümayişçilər Yelisey çölündə polis «çəpəri»ni yarıblar.

Onlar polislə qarşıdurmaya gedərək, inqilabı ovqat numayiş etdirirlər - «xalq himni» sayılan «Marselyoza» oxuyaraq, əllərində bayraq yellədirlər.

Bundan başqa, kütlə arasında Prezident Emmanuel Makronun istefası tələbi ilə çağırışlar da səslənib.

Ümumilikdə, etirzçılar yenə özlərini qızğın aparmağa başlayıblar - avtomobilləri aşırır, vitrin və zibil konteynerlərini dağıdırlar.

Yelisey çölü ilə bir neçə addım irəlilədikdən sonra, kütlə Bassano küçəsinə istiqamət götürüb. Bu zaman onlar polisin münaviməti sayəsində Eyfel qülləsinə çata bilməyiblər.

«France İnfo»nəşrinin məlumatına görə, saxlanılanların sayı 87 nəfərə çatıb, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir.

Bundan əvvəl xəbər verilmişdi ki, Parisdə 1000 nəfərə yaxın, bütünlükdə isə Fransada 2 min nəfərə yaxın adam etirazlarda iştirak edir. Onları dayandırmaq üçün 70 min nəfərə yaxın polis səfərbər edilib.

«Sarı jilet»lərin Parisdə bundan əvvəlki etiraz asiyalarında polis 1723 nəfəri saxlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar