Türkiyə ABŞ-dan 120 ədəd F-35 alacaq - Bəzi söz-söhbətlərə rəğmən...

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) kontraktın pozulması təhlükəsinə baxmayaraq Türkiyəyə 120 ədəd beşinci nəsil F-35 qırıcılarının tədarükünü həyata keçirəcək.

İstanbulda mitinqdə çıxış edərkən, Prezident xatırladıb ki, təyyarələr üçün komplekt-ehtiyat hissələri Türkiyə ərazisində istehsal olunacaq.

«Biz, ABŞ-ın istehsal etdiyi 120 ədəd F-35 təyyarələrini alacağıq. Bu təyyarələr üçün komlekt-ehtiyat hissələrin bir qismi Türkiyədə istehsal ediləcək» - deyə, NTV telekanalı Ərdoğandan sitat gətirir.

Qırıcıların Türkiyəyə tədarük olunması barədə kontrakt ABŞ çətiri altında F-35 təyyarələrinin çoxmillətli işlənib hazırlanması proqramı çərçivəsində bağlanıb.

Bir müddət əvvəl Vaşinqton Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksi (ZRK) almaq qərarına görə, hədələrinə baxmayaraq, artıq təyyarələrin ikisini Türkiyəyə verib, daha ikisini isə gələn ilin martında verəcəyini vəd edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar