İrəvanda polis polkovnikinin qardaşı oğlunu oğurlayıblar

Ermənistanın paytaxtı İrəvanın Ərəbkir rayonunda Ovannes Xmelyan adlı 23 yaşlı şəxsin oğurlanmasında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Ermənistan mətbuatının verdiyi xəbərə görə, bu ayın 12-də, 23:30 radələrində 4 nəfər Ovannes Xmelyanı tapança ilə hədələməklə zorla “Mersedes” markalı avtomobilə mindirib qaçıraraq onu Kanaker rayonuna aparıblar. Medianın verdiyi informasiyaya əsasən, Ovannes Xmelyan Armavir vilayətinin polis rəisi, polkovnik Samvel Xmelyanın qardaşı oğludur.

Ovannes Xmelyanın adı hansısa məhkəmə işində şahid kimi gedirmiş.Mətbuat bunu İrəvanın Tiqranyan küçəsindəki atışma ilə əlaqələndirib.

Həmin atışmada iki nəfərin yaralandığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar