Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Oğrubulaq kəndi ərazisindəki meşədə qeydə alınıb.

Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Əbilov Əlirza Musaxan oğlu bir neçə naməlum şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı çiyin və kürək nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir neçə gün əvvəl Göytəpə şəhər sakini də naməlum şəxslər tərəfindən döyülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar