"Liverpul" "Mançester Yunayted"ə qalib gəlib

Bu gün İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Trend-in məlumatına görə, “Liverpul” doğma meydanında “Mançester Yunayted”i qəbul edib. Oyun ev sahibinin fəal hücumlarıyla başlayıb və “Liverpul” 24-cü dəqiqədə S.Manenin qolu ilə hesabda önə keçib – 1:0.

Oyunun 33-cü dəqiqəsində qonarlar hesabı bərabərləşdirə bilib – 1:1. Qonaqların heyətində qolu C.Linqard vurub.

Oyunun 73-cü dəqiqəsində meydana daxil olan C.Şaqiri matçın taleyini həll edib. Belə ki, C.Şaqiri 73-cü dəqiqə hesabl 2:1, 80-ci dəqiqədə isə 3:1 edib.

Oyun ev sahibinin 3:1 hesablı qələbsi ilə yekunlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar