Beynəlxalq koalisiyanın Suriyaya hava zərbəsi nəticəsində 17 dinc sakin həlak olub

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

Bu barədə "Report" SANA agentliyinə istinadla xəbər verir.

Xəbərdə bildirilir ki, zərbə Hajin vilayətinə endirilib. Nəticədə 17 dinc sakin həlak olub.

Məlumata görə, zərbə zamanı daha 2 nəfər yaralanıb.

Bir neçə gün əvvəl də beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətinin Hacin şəhərinə hava zərbələri endirib. Nəticədə beş nəfər ölüb və daha bir neçə nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar