İraq prezidenti Britaniya vətəndaşlığından imtina edib
Baxiş sayı:
Dərc olunub:
17/12/2018 - 08:33
İraq prezidenti Bərhəm Saleh Britaniya vətəndaşlığından imtina edib.
"Report" RİA "Novosti" agentliyinə xəbər verir ki, bu haqda prezidentin dəftərxanasından bildirilib.
Dəftərxananın xəbərində göstərilir ki, İraqın bu yaxınlarda seçilmiş prezidenti Britaniya təbəəliyindən konstitusiyanın yüksək vəzifəli dövlət xadimlərinə başqa dövlətin vətəndaşlığına malik olmağı qadağan edən tələbi ilə əlaqədar imtina edib.
"O, əvvəlki rejimə (Səddam Hüseyn – red) qarşı müxalif fəaliyyəti dövründə ona vətəndaşlıq vermiş Birləşmiş Krallığa minnətdarlığını və ehtiramını ifadə edir", - deyə dəftərxananın xəbərində bildirilir.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.