“O MÜŞAVİRƏDƏ YATAN TƏKCƏ MƏN İDİM?...” – “Kim mənim ailəmə bir “buxanka” çörək verəcəkdi?”

“1992-ci ildə mənim iki qardaşım mayın 8-də Şuşadan çıxıb. Bu, həqiqətdir, camaat da bilir. Bacım da ayın 8-də orda olub. Hətta mənim kiçik qardaşım mənə sonra dedi ki, istədim bacımı - adı Sərfinazdır - güllələyim, erməniyə əsir düşməsin. Allaha and olsun, belə dedi. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən?”

“AzPolitika.info”nun məlumatına görə, bunları Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a müsahibəsində Şuşanı işğal günündən xeyli əvvəl tərk etməsi ilə bağlı suala cavabında bildirib.

Şuşanı işğal günündən 4-5 gün əvvəl tərk etdiyini B.Səfərov bu yaxınlarda etiraf etmişdi. O, yerli mediaya müsahibəsində bildirmişdi ki, mayın 6-da Bərdədə bir dostunun qardaşının il mərasimində iştirak etmək üçün Şuşanı tərk edib və geri qayıtmayıb.

İcra başçısı onu qorxaqlıqda ittiham edənlərə belə cavab verib: “Yaxşı, lap Bayram Səfərovun bütün yeddi arxa dönəni hamısı sinəsini versin erməninin gülləsinin qabağına ki, “gəl, güllələ!” Mənim erməninin qarşısına çıxmağa silahım, sursatım, əsgərim, köməyim yox, mən orda qalmaqla orda nə edəcəkdim? Rusiya ordan, Ermənistan burdan. Adicə düşünəndə adam dəhşətə gəlir. Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi? Qeyrəti olan oğlan elə düşünməz! Mən xalqımı və torpağımı heç kimdən az istəmirəm. Torpağını, millətini, dövlətini çox istəyən adamlarla da yarışa girirəm. Bütün həyatım boyu xalqıma xidmət eləmişəm, özü də təmiz, kişi kimi!”

B.Səfərov Prezidentin keçirdiyi müşavirədə yatması məsələsi haqda da danışıb. İcra başçısı bu hadisənin ictimailəşməsinə görə jurnalistləri və onları həmin tədbirə buraxanları günahlandırıb. “Yəqin ki, maraqlı adamlar var. Həm də ola bilər məndən xoşu gəlməyən operator, ya hansısa jurnalist çəkib yayır. Elə möhtəşəm məclisdən o cür görüntü yayan jurnalist, lap elə onları ora buraxanlar da günahkardır”.

B.Səfərov müşavirədə həqiqətən yatıb-yatmadığını isə bilmir: “Deyə bilmərəm. Allaha and olsun, bilmirəm o anda yatmışam, ya yox... (gülür) Orda projektorlar çox güclü idi, gözümə düşürdü. Mən ya əlimi gözümün üstünə qoyurdum, ya da gözümü yumurdum. Təbii ki, olmamalıydı. Amma onu o cür işıqlandırmaq... Həmin adamın qanı təmiz deyil. Ani yuxu hamıda ola bilər. Özü də orda tək mən yatmamışdım ki. Məndən başqa o qədər yatanlar var idi, niyə onları vermir, məni verir? Əgər qərəzli deyilsə...”

V.Nəsibov

635x100

Şərhlər

Şuşalıya 2018-12-17 14:15:41

Şuşalı,təmizləmələr bilirsən niyə gecikir? Əsli qarışıq olanlaın hamısı hökumətdə yerləşdirilib.Yenisi ortaya çıxan kimi,dəyişəcək.Məsələn,Rabitə,ƏSMN,Kənd Təsərrüfatı nazirliyi,Gömrük,Vergi və s. Hələki.yeni işsiz,vəzifəsiz,qohum qarışıq millət nümayəndəsi tapılmayıb.Tapılan kimi ( o iş bacarar-bacarmaz-önemli deyil,təki bizdən olsun prinsipi hələ qüvvədədir(1915-1948-1991)

Şuşalı 2018-12-17 14:15:41

Bayram kimi adama vəzifə vermək,onu milyoner etmək hansı normal düşüncəlinin ağlına gəlib ki,onu təqdim edib?Deməli, diqqət edin,qardaşları mayın 8-də Şuşadan çıxıblr,hmin gün də bacılarını güllələmək istəyiblər ki, erməniyə əsir düşməsin.Mayın 8-də Şuşadam çıxan qardaş bacısını da özü ilə apara bilməzdimi? Deyirəm,də bu adamlar ciddi olmadıqları qədər də Azərbaycana yaramaz ünsürlərdir.Niyə Bayram kimiləri Azərbaycanda yağ işində böyrək kimi bəslənildiyi müəmma ilə dolu olduğu halda bu sirrlər niyə açılmır

Vahid 2018-12-17 14:15:41

Səfərov çox düz deyir də, operator niyə ondan bir sıra qabaqda yatan müftəməmuru çəkməyib, ancaq onu çəkib yayımlayıb. O operatorun Səfərovla qəsdi-qərəzliliyi varmış.Mütləq operatorun hər şeyini analiz etmək lazımdır.

Vahid 2018-12-17 14:15:41

Maraqlı məmləkətdə yaşayırıqş25 ildən artıqdır Şuşa yoxdur.amma Bayram bəy Şuşanın icra bşçısı sayılır və maaşını alır.Bəs onun Şuşaya nə aidiyyəti var? Adam ona görə də yatır da! Nə işi var? Yat qal dala lay-lay

saxavat Mikayilov 2018-12-17 14:15:41

Ay maqshallah ele bil QU tukunden olan yorgan-doshekde yatib Yuxun shirin olsun AY Bey Qorxma sene toxunan olmaz Arxan chox gucludur

REDAKTOR 2018-12-17 14:15:41

ozunu qarabağlı sayanlar Nizami Bəmənov hara bu Bayram hara indi Qarabağın harda olmasını bilməyə nə var ya

vəli 2018-12-17 14:15:41

ŞUŞALIYA: Qardaş dedim axı. 2 ildir axtarırlar amma Bayramdan betərisini tapa bilmirlər.Tapan kimi Bayramın gününü matəmə çevirəcəklər.

Mayis Kazımov 2018-12-17 14:15:41

Bir vaxt əsgərlikdə olana məktub gəlir.Oxuyub qurtarandan sonra oturub zülüm-zülüm ağlayır.Əsgər yoldaşları soruşurlar ki,qardaş niyə ağlayırsan.Qayıdıb ki,bəs atamı kolxoz sədri qoyublar.Əsgər yoldaşlardan biri deyir ki.lap yaxş də.Bəs niyə ağlayırsan.Əsgər cavab verib ki,gör kəndimiz nə günə qalıb ki,atamı kolxoz sədri seçiblər.Bu Bayrama da aiddir.

Byram Səfərova 2018-12-17 14:15:41

Elə ordaıların hamısı sizin tayınız idi.Müşavirədən sonra hansı nəticə oldu ki? Onlar yatmasalar da yatmış kimilərdir.Sizlərə Qarabağ yox,ölkənin var dövlətini talamaq mraqlıdır.

Şuşalı 2018-12-17 14:15:41

Belə adamcıqları ətrafında əsassız yerə saxlamaqla iqtidar özünü hörmətdən salmırmı? Onun uydurmalarına inanan var?Təmizləmələr niyə gecikdirilir?

TALİS 2018-12-17 14:15:41

Bayram qağa gor nə günə qalibsaan ki indidən gunahkar axtarırsan vay o günə künən erməni əlinə düşə vay dədə vay sənin aqibətin neçə olar adə səni var səni erməni ....

Gülağa 2018-12-17 14:15:41

Yəqin xəbərin olar KXDR-da iclasda yatmış məmuru Kim Çen İn topun qabağına bağlayaraq atmışdı.Yaxşı ki a Bayram sən Ş.Koreyada məmur olmamısan.A Bayram deməli sənin məntiqinlə sabah yenidən müharibə başlasa heç kim sinəsini güllə qabağına verməyəcək, qaçacaq və düşünəcək ki əgər ölsə kimsə onun ailəsinə bir “buxanka” çörək verməyəcək.Sən bu fikrinlə etiraf edirsən ki hökümət şəhid ailələrinə qayğı göstərmir. A Bayram sən demişkən qeyrəti olan oğlan belə düşünərmi? Necə ola bilər ki işğal olunarkən RİH-nin başçısı 4-5 gün əvvəl rayonu tərk edib? Səndən soruşan yoxdur ey qardaş-bacın işğal vaxtı orda olub ya yox.Amma onu bil nə qədər ki Şuşa erməni işğalı altındadır Bayram sənin bütün yeddi arxa dönənini hər il 8 mayda xatırlayacaqlar.Yəqin PA-nın Bayramın buraxdığı siyasi səhvlərdən xəbərləri yoxdur

Vəli 2018-12-17 14:15:41

Bayram Səfərov 10 il Şuşanin icra başçısı işləməklə keçdiyi həyat yolundan böyük bir nəticə çıxararaq yeni bir icad etdi:Şərəfin, ləyaqətin, namusun,Şuşalılar demiş qiryətin YENİ ÖLÇÜ VAHİDİNİ icad etdi ki, sən demə bu "buxanka" imiş.Özüdə bunu Prezidentimizin keçirdiyi iclasda yatarkən MƏHZİ həmin anda icad edibmiş.Bu kimin aglına gələ bilərdi.Əlbətdə Bayramın.Çünki bu boyda baş o iclasda kimdə var ki?Agzıgöyçəklər də bunun yatmagına agız büzürlər.Gördünüzmü kişi yatanda da iş başında imiş.Vay dədə vay....

Vəli 2018-12-17 14:15:41

Təsəvvür edirsiniz ay millət: Ölkənin rəhbəri ildə 1 dəfə İHB yıgır ki, bir iclas keçirsin, İH başçısı oglan ölmüş də sanki qu tükündən olan yorgan döşəkdə yatırmış kimi xorhaxor Türklər demiş uyuyor.Anlayırsınızmı bu nə deməkdir.1-cisi o deməkdir ki, bu iclasa bir qoz və yatmaq ondan irəlidir.2-cisi orda nə danışılırsa ona da bir qoz.3-cüçü elə voobşe haminiza bir qoz...... və sairə

vəli 2018-12-17 14:15:41

Bir ara bunu çıxarmaq istəyirdilər amma məsələ ləngiyəsi oldu.Deyilənə görə bundan detərini tapa bilmirlər, tapan kimi bunu çıxaracaqlar.Bilirsiz də indi kimi çıxarırlaarsa mütləq əvvəlkindən betərini qoymalıdırlar.Təsəvvür edin ki, Bayram Səfərovdan betərisi tapılmır ay camaat. Yəni mədəni dildə desək ANOLOQU, ALTERNATİVİ YOXUR.UUUUYYYY öldüm ay ALLAH.

Şoşu 2018-12-17 14:15:41

səxavət Mikayılov nə demək istəyirsən? Necə yəni İ.Əliyevin iclasın yata bilirlər deyə yaxşı adamdı, Heydər Əliyevin iclasında yatmaq olmazdı deyə sənin sözünnən H.Əliyev pis idi? Yaltaqlanmaq istəyirsən bu başqa məsələ day agzından çıxana fikir ver ki o sözü qaytarib.. nəysə agıllı ol.

vekil 2018-12-17 14:15:41

Veli muellim hamisini yazib daha ne yazaq...

samir 2018-12-17 14:15:41

kefiellaolan adam kerk jorxan dewek ketiredi birde ki bezileri qarabaq iwqalina korevar devlet elde eti

Mehman 2018-12-17 14:15:41

Sonra da deyirik ki,niye Qarabagi azad ede bilmirik.Bunun kimilerle Qarabagi azad etmek olar?Hele yaxshi ki bashqa torpaqlarimizi ishgal etmeyibler bu dovr erzinde.

G M 2018-12-17 14:15:41

Eh ,ay Bayram sən tək deyilsən.Azərbaycanda bu gün elə bir İH Başçısı yoxdur ki,onun vətən Xalq sevgisi olsun.Elə bir vəzifə daşıyıcısı yoxdur ki,erməniyə güllə atmış olsun.Bu millətimizin faciəsidir.

t.ədalət 2018-12-17 14:15:41

Bayram müəllim nəyi necə danışır,bilmirəm.Amma,onun dedikləri adamı bir anlığa həmin ağır günlərə aparır.Dərdimizin zəmisi Şuşa!İşğal günü,əsasən rus hərbiçilərdən ibarət olan cəlladlar nə qədər vəhşiliklər törədib.Hadisənin şahidləri deyirdilər ki,rus hərbiçilər dinc əhaliyə qarşı amansızlıq edir,qocaları,körpələri dərhal güllələyirdilər ki,onları görən şahid qalmasın.Mütəllibov isə gözləyirdi ki,Rusiya işğal etdiyi Şuşanı onun hakimiyyətə qayıdışı ilə bizə "hədiyyə" edəcək..

saxavat Mikayilov 2018-12-17 14:15:41

Bayram qaga siz cenab Prezidentle nece qohumsunuz? Odur ki, yat-yuxun shirin olsun Qarabag ermenilerindir ve siz de olmayan ShuShanin qubernatoru

natiq yaqubov 2018-12-17 14:15:41

seni ele bir buxanka coreye mohtac qalasan,enin -uzunun bilinmir,ikinci de senin qanini yoxlatmaq lazimdi,men inaniram ki, turk qani deyil.orda wehid olnlardan senin neyin artiqdir,ay qara Bayram?qacib gelib Bakida villalara sahib olmusan,duz deyirsen tek sen yatmamisan ,indi zemane senin tek yataqanlarindi

saxavat Mikayilov 2018-12-17 14:15:41

Bayram muallim yaxshi ki,iclaslaRda ishtirak erdirsiniz ve orada xoruldaya-xoruldaya yatirsiniz sebeb: Siz Heyder Ailyevin dovrunde neinki yatmaq, hech gozunuzu qirpa bilmezdiniz...Ilham Aliyev gozel insandir! Cenab BEY niye SHUSHANI ishgaldan. qiz-ghelinleri girovdan azad etmirsiniz?....

EJDER 2018-12-17 14:15:41

MOLODES,BAYRAM.AZERBAYCANDA ELE SENIN KIMI MƏMURLARLAR VƏZİFƏDƏ OTURUR...

Vəli 2018-12-17 14:15:41

İlahi görün insanların taleyi kimlərə etibar edilir.Bu cür "bir buxankalıq" şərəf, ləyaqət, düşüncə sahiblərinin rəhbərliyi ilə bu vətən hələ tam əldən getməyibsə yəqin ALLAHın nəyə görəsə bizə yazıgı gəlir.Dəhşət burasındadır ki, belələri 1-2 il yox e 10-15 il rəhbərlikdə qalır.Həqiqətən DƏHŞƏTDİR.

Filosof 2018-12-17 14:15:41

He duz deyirsen Bayram muellim o wekili cekeni mueyyen edib qanini analize vermek lazimdir. Ancaq menden olsa birdefelik butun mayinelerden kecerdi ay Bayram muellim

Mirzə AĞ 2018-12-17 14:15:41

Yatanların hamısı sənin kimi danışır... Sizin hamınızı "skopom" götürmək lazımdır!!!

Son yazılar