Azərbaycan təbii qaz ixracından gəlirini 9%-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 256 132,50 min. ABŞ dolları dəyərində 6 450 694,35 min. kubmetr təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 100 112,72 min dollar (8,66%) çoxdur. Həcm baxımından isə 443 611,07 min kubmetr (6,43%) azdır.

11 ay ərzində təbii qaz ixracı Azərbaycanın ümumi ixracının 7,01%-ni təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar