Fransadakı etiraz aksiyalarının təşkilatçılarından biri ermənidir

“Sarı jiletlilər”in Fransada keçirdikləri etiraz aksiyalarının fəal təşkilatçılarından biri erməni əsilli Hayk Şaqinyandır.

“Report” xəbər verir ki, məlumatı “Euronews” yayıb.

H.Şaqinyan bildirib ki, “sarı jiletli”lər 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə siyasi qüvvə kimi qatılacaqlar.

O, 2018-ci ilin aprel-may aylarında Ermənistanda keçirilən etiraz aksiyalara dəstək məqsədi ilə Fransada təşkil olunan yürüşlərə də qatılıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları başlayıb. “Sarı jiletlilər”in təşkil etdiyi aksiyalara qatılanlar hökumətin ölkədə yanacağın qiymətinin bahalaşmasına dair hazırladığı layihəyə etiraz edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar