Bu ilin 9 ayında Azərbaycandan 2 mlrd. dollardan çox kapital çıxarılıb

Bu ilin III rübü ərzində Azərbaycandan çıxarılan kapitalın həcmi açıqlanıb.

"Report.az" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üçün tədiyə balansına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılmasının (repatriasiyasının) həcmi 2 mlrd. 103,5 mln. dollar olub.

Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,8 mln. dollar və ya 0,8% çoxdur.

Qeyd edək ki, bu ilin I rübündə ölkədən kapitalın çıxarılmasının həcmi 603,4 mln. dollar, II rübdə 1 mlrd. 109,6 mln. dollar, III rübdə isə 390,5 mln. dollar təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar