"Sosial şəbəkə media deyil..." - Vüqar Səfərli

"Bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da bura daxil olub. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirməyimiz düzgün deyil".

"Report" xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır: "Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyır. Amma sosial şəbəkələrdə bu belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir. Lakin bununla yanaşı xaricdən idarə olunan quvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat inistitu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsi üçün mühum tol oynayacaq".

V.Səfərli onu da vurğulayıb ki,bu sahədə təbliğata böyük ehtiyac var: "Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".

635x100

Şərhlər

Vüqar Səfərli-yə 2018-12-17 12:58:21

Yazırsız ki "Lakin bununla yanaşı xaricdən idarə olunan quvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı". Bəs xaricdə təhsil alan, məsələn Rusiyada təhsil alan məmurlar təhlükə yaratmırmı? Bu yaxınlarda oxudum ki hansısa keçmiş sosialist, şərqi Avropa dövlətində Rusiyada təhsil almış məmurlar vəzifə dən uzaqlaşdırırlar.

Son yazılar