Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi 19% azalıb

Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi azalıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, 2018-ci il noyabrın 1-nə bankların nağd vəsaitləri 1 mlrd. 120 mln. manat olub ki, bu da oktyabrın 1-nə olan göstəricidən 257,7 mln. manat və ya 18,71% azdır.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə bankların nağd vəsaitləri 33 mln. manat və ya 2,86% azalıb.

Qeyd edək ki, bu ilin əvvəlində bankların nağd vəsaitlərinin həcmi 1 mlrd. 153 mln. manat olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar