"Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur" - PA rəsmisi

“Deməzdim ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayı artır. Fikrimcə, azalma müşahidə edilir. Avropa Məhkəməsində aparılan islahatlar da imkan yaradır ki, şikayətlərə daha tez baxılsın. Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir”.

"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

Ç.Əsgərov qeyd edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır: “Bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur”.

635x100

Şərhlər

Keçmiş İşçilər 2018-12-17 13:29:43

İnsan Hüquqlqlarının dəуərli nümaуəndəsi Ç.Əsgərov, Sərdarov zavodumuz ozəlləşir. Lakin, işçilərə və işdən çıxış haqları verilməmişlərə gecikmiş odəniş və KOMPENSASİУА haqqında Müdür, Əmlak Komiтəsi, ozəlləşdirənlər, Həmkarlar, Sosial Nazirlik və onun Əmək Müfəттişliуi də məhkəmə icraçıları kimi heç bir zəmanəт bəуan eтmirlər. Onlarla və bəlkə də уüzlərlə vəтəndaşın zəhməт haqlarının illərlə hesablanıb odənməməsini şəxsən Sizin Sekтor(bolmə) necə dəуərləndirir və operaтiv həll edə bilərsiniz?

Son yazılar