Maliyyə sanksiyaları tətbiq olunan halların sayı artırılacaq - Vergi yoxlaması

Gələn il yanvarın 1-dən səyyar vergi yoxlaması zamanı maliyyə sanksiyaları tətbiq olunan halların sayı artırılacaq.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu hallara “qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda” və “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları olmadıqda” aiddir.

Bundan başqa, sanksiyaların məbləğində də dəyişikliklərin edilməsi təklif olunur: pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 (hazırda 5) faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 (hazırda 10) faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

635x100

Şərhlər

t.ədalət 2018-12-17 14:34:01

Iaşə obyektlərində maliyyə sanksiyaları "meydan sulasa",onların hamısı bağlanacaq və işsizlik artacaq.Onsuz da,pulsuzluqdan yeməkxanalara gedən yoxdur.Kiçik sahibkarlar heç kommunal xərcləri ödəyə bilmirlər..

Son yazılar