Türkiyə Futbol Federasiyası 10 kluba xəbərdarlıq edib

Türkiyə Futbol Federasiyası Super Liqada çıxış edən 10 kluba menecerlərlə işləmə tələbinə əməl etmədikləri üçün xəbardarlıq edib.

"Report" qurumun saytına istinadən xəbər verir ki, bunlar "Qalatasaray", "Trabzonspor", "Başakşehir", "Akhisarspor", "Antalyaspor", "Konyaspor", "Alanyaspor", "Bursaspor", "Rizespor" və "Malatyaspor" klublarıdır.

Klublara federasiyada qeydiyyatdan keçməyən menecerlərlə işlədikləri üçün xəbardarlıq edilib. "Trabzonspor", "Alanyaspor", "Antalyaspor" və "Bursaspor" vizası olmayan menecerlərlə işlədikləri üçün əlavə xəbardarlıq alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar