Mübariz İbrahimovun atası “psixoloq”a cavab verdi – VİDEO

Özünü psixolioq kimi təqdim edən Nərmin adlı bir gənc qızın səviyyəsiz və mənasız açıqlamaları  Mübarizin atasını da danışmağa vadar edib. Femida.az xəbər verir ki, Ağakərim İbrahimov bu məsələyə ciddi yanaşmamağı tövsiyə edib və uşaqlar sevgi aşılamağın vacib olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən "psixoloq" Nərmini məhkəməyə verilib.

Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Qeyd edək ki, Nərmin kimiləri əslində tanınmaq, mövcud olduqlarını göstərmək üçün sosial şəbəkələrdə ağıllarına və ağızlarlına gələni yazırlar. Milli dəyərərimizə, milli qəhrəmanlarımıza hücum edərək, ictimaiyyətin diqqət mərkəzinə gəlməyə çalışırlar. Bəziləri bu ucuz yoldan xaricdə sığınacaq almaq üçün istifadə edirlər.

Günah mediamızdadır ki, belələrinin ürək bulandıran, ikrah doğuran danışıqlarını, yazılarını tirajlayırlar. Onlara fikir verdikdə, özlərini bir şey zənn edərək, daha da irəli gedirlər, millətə "dərs keçmək" həvəsinə düşürlər.

Ona görə də, mətbuat birinin  "fb" səhifəsindən yaydığı fikirləri tirajlayarkən, onun ictimai çəkisinin, nüfuzunun olub-olmadığına da diqqət yetirməlidir. Hər canlının çıxardığı səsi fikir kimi ictimaiyyətə sırımaq, onun üzərində müzakirələr açmaq  düzgün deyil. 

AzPolitika.info

635x100

Şərhlər

Mirzə AĞ 2018-12-17 15:38:46

Bir var psixoloq, bir də var "kisi"xoloq... İkinci rus dilindəki "kiska" sözündəndir...

əlibaba 2018-12-17 15:38:46

eyvah,cavab reaksiyalarının çoxu qalmaqallı açıqlama qədər sifarişli və düşük, hətta ondan da betərdir..ölkədəki mənəvi-psixoloji durum bərbaddır..əlamətləri saya gəlməz

Aslan AKbey 2018-12-17 15:38:46

Etki ajanlığı; bir ülkenin, bir başka ülkedeki insanların, görüş, tavır, duygu ve davranışlarını etkilemek için savaşa başvurmaksızın propaganda yöntemleriyle, planlı bir görüş ve bilgi iletiminde bulunma faaliyetidir. Özellikle yabancı gizli servislerin algı operasyonu amacıyla kullanmış oldukları yerli dinamikler (İşadamı, gazeteci, yazar, bürokrat, akademisyen, STK lar) için kullanılabilecek en doğru sözcük, Etki Ajanlığı ve Nüfuz Casusluğu dur. Etki ajanlığı - Nüfuz casusluğu/İshak Beyazay/milligazete.com.tr_18 Mart 2016

Son yazılar