"SİYASƏTDƏ YALAN, TƏHQİR və ŞANTAJ HEÇ KİMƏ XEYİR GƏTİRMƏZ" - Prezidentin köməkçisi

Əli Həsənov: “Bu tipli mübarizə nə mənim rəsmi statusuma, nə mənəvi-əxlaqi keyfiyyətlərimə, nə psixi-əqli durumuma uyğun deyil”

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, ölkə prezidentinin köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində məqalə ilə çıxış edib. Həmin məqaləni təqdim edirik:

- Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir.

Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar.

Tam məsuliyyətimlə bildirirəm ki, özünü “hüquq müdafiəçisi” adlandıran və hər açıqlaması ilə mənəvi-əxlaqi durumunun son dərəcədə acınacaqlı olduğunu nümayiş etdirən Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı baş vermiş hadisənin hakimiyyətlə və şəxsən mənimlə bağlamaq cəhdləri növbəti ucuz şoudur. Kiminsə təhqir olunması mənim nə rəsmi statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə də ki hansısa formada ictimai maraqlarıma uyğun deyil. Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır.

Məqsəd, bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir.

Ancaq son faktı əsas götürərək diqqət etmək lazımdır ki, bu iddiaları irəli sürənlər kimlərdir və məqsədləri nədir?! Azər Kazımzadə adlı şəxs xarici ölkələrdə fəaliyyət göstərən və etnik separatizm toxumu səpməyə çalışaraq Azərbaycan dövlətçiliyinə və milli birliyimizə həmişə sədaqət nümayiş etdirmiş talış xalqını çaşdırmaq istəyən Əlikram Hümbətov, İsmayıl Şabanov, Fəxrəddin Abbaszadələrin dəyirmanına su tökənlərdən biridir. Onun və digər bu kimi ünsürlərin milli hisslərini, mənəvi-əxlaqi keyfiyyətlərini tam itirdiyinə heç bir şübhəm yoxdur. İşğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərə və yaxud xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllallarına Azərbaycan cəmiyyətinin münasibəti barədə yazmağı isə artıq hesab edirəm.

Mən heç vaxt onların iddialarına, mənə qarşı irəli sürdükləri barmaqdansorma ittihamlarına onların əxlaqına uyğun formada cavab verməmişəm və bundan sonra da belə bir fikrim yoxdur. Həmişə hesab etmişəm ki, siyasətdə qeyri-etik davranış, mənəviyyatdan kənar ifadələr, yalan, təhqir, şantaj heç kimə, o cümlədən mənim siyasi silahdaşlarıma heç bir xeyir gətirməz. Bu yolu tutanlar heç vaxt cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərə bilməzlər. Onların etdikləri isə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməkdir və bu artıq heç kimə sirr deyil.

Buna görə də əminəm ki, xarici ölkələrdə gizlənərək mənim xalqıma, dövlətimə, ölkə başçısına və onun ailəsinə, məmur və ziyalılarmıza, tanınmış ictimaiyyət nümayəndələrinə qarşı çirkab yağdıran Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digər bu kimiləri qanun qarşısında cavab verməlidirlər.

635x100

Şərhlər

ELSHAD ABDULLAYEV 2018-12-17 19:01:08

Düz 100 ildirki erməni faşistləri Azərbaycan dövlətçiliyini daxilindən dagıtmağa cəhd edirlər. Biz bu söyüş-təhqirləri Səmid Vurgunun, Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Məmməd Əmim Rəsuzadənin və s. Stalin repressiyasına məruz qalan tanınmış Azərbaycanlıların ailə üzvülərinənin əleyhinə aparılan şöyüş-böhtanın kompaniyasının eməni terrorunun öz milli satqınlarımızın əli ilə edidiyinin tarixən şahidiyik. Daha sizin erməni faşistlərilə nə fərqiniz oldu ?!

AQİL 2018-12-17 19:01:08

ARTIQ İNSANLAR BOŞ SÖZLƏRDƏN BEZİB.HƏYATDA BİR ŞEY.TELEVİZİYALARDA BAŞQA ŞEY.YALA.YALAN. YAZIQ JURNALİSTLƏR DƏ BEZİB YALAN DRMƏKDƏN.ƏLİ HƏSNOV GÖRƏSƏN KİMƏ AĞIL ÖYRƏDİR

Arif Əliyev 2018-12-17 19:01:08

Əli müəllim düz buyurur, onların dediyini edin etdiyini isə sizlər etməsin, necəki molla rejimində olan vaxtlar, mollalar bunu öz dövrünün avamlarına tövsiyə edirdilər.

Vətəndaş 2018-12-17 19:01:08

televiziya ekranlarından müxtəlif ranqlı məmurlar fasiləsiz yalanlar söyləyir. .Məsələn,ölkədki işsizlik faizi ( 5 %-? ). analoqu olmayan sosial inkişaf,maaş və pensiyaların qiymət artımı ilə uzlaşması və sair.Bunları efirdən səsləndirmək,insanları qıcıqlandırmaq nə deməkdir?Ölkədə söz,mətbuat azadlığı qalıbmı?...

antiAbu 2018-12-17 19:01:08

Bir ideoloq kimi, niyə .... qəzetdə çap olunanın, 12 deabrda Fəxri Xiyabanın qarşısında məktəbliləri özünün iyrənc və yaltaq oyununa cəlb etməsinə, bu şounu əvvəlcədən hazırlamış məktəb rəhbərlərinin bu hərəkətinə reaksiya vermədiniz? Bu adamın vəzifəyə təyin edilə bilmədiyi 1993-1995-ci illərdə milli liderin ünvanına dedikləri nəlayiq sözləri eşitmək üçün Sizin iş yerinizdən çox uzağga yox Mətuat prospektində yerləşən Fizika İnstitutunun Krriogen Korpusuna gedib əməkdaşlarla söhbət etmək lazımdır

antiAbu 2018-12-17 19:01:08

İdeologiya ilə məşğul olan müəllim! Sənin hökümətinin Baş naziri keçmiş AMİP-çi, müavinlərindən biri Baş nazir kimi keçmiş AMİP-çi, o birisi Xalq Cəbhəsi ekstremist qanadının keçmiş üzvü, üçüncüsü isə "Mütəllibov"çudur. İnsanları aldadan "Mur-Ay" MMC-nin arxasında duran şöbə müdiri, indi həm də Prezidentin köməkçisidir. Bu şəxsin şöbəsində işləyən isə Vəzirovun dövründə komsomol katibi işləyən zaman ermənilərə qarşı çıxışlara qarşı çıxan, Vəzirova zuy tutan şəxsdir. Mənim bu ideoloqa bir neçə sualım da var.

REDAKTOR 2018-12-17 19:01:08

əli muəlim mənim bir əsgərlik dostum var idi qarabağda şəhid oldu butun şəhidlərimizin ruhu şad olsun həmişə deyərdi ki evlənməmişəm ama qaynanami indidən cox istəyirəm indi onun sozü olmasın mən sizi hec xoşlamasam da....

Müfəttiş 2018-12-17 19:01:08

Hələ də, elə sadəlövhlərimiz var ki, bunlarin Allahdan, Qurandan qorxub çəkinəcəklərinə ümid edirlər.....

аyzek 2018-12-17 19:01:08

Od olmаsа tüstü çıxmаz.

EJDER 2018-12-17 19:01:08

KIMDI YALAN DANIWAN, AYIYA DAYI DEYEN..... LAZIM GELMESEDE ,ZAMAN MUTLEQ GELECEK,HAMI GEDECEK LENIN GORBAGORUN YANINA.KIM NE APARIB BU DUNYADAN.LUKAWENKO CANI...

Naxclvanll 2018-12-17 19:01:08

Beli.eli.bey.ver.qarabaglılar.cavabnı

Qarabaglı 2018-12-17 19:01:08

Eli.bey.sen. ve.senin. hakimyetin. 25.ildi.bu. xalql.bu.gün. sabah.qarabagl. allrlq.deye. deye.aldadlrslz.

Yeraz 2018-12-17 19:01:08

Hesenov. eli.and. verirem. o.tek. allaha. cxln.xalqın. qabaxna.elnizi. qurana.basınki .bizde.siyasi. mehbus.yoxdu.rüşvet. yoxdu.ve.secki.saxtakarlıgı.yoxdu.

Metleb 2018-12-17 19:01:08

Eli.bey.men.xaricde.yaşayıram. milletmide.devletmide. sizden.qat.qat.cox. isteyirik.biz. prezdentimizi. hec.vaxt.tehqir. etmemişik.sadece. bezi.buraxdlgı. sehfleri.deyirik. biz.deyirik.qatıq. agdı.siz.deyirsiz. üaradı.vsllah. xaricde.sizdrnde. savadlı. insanlarmız.varki. gelib.gezel.veten. idare.eder.odurki. sende.bize.seyavuş. olma.xaricden. gelen.pullar. kesilse.xalq.batar. rusyada.bir.adam. azerbaycanda. üc.dört.neferi.saxlayır

qulu 2018-12-17 19:01:08

Səhv etmirəmsə bu söyüş kompaniyası "ünsür" ifadəsindən başladı...

Tağı 2018-12-17 19:01:08

Əli müəllim ..... Torpağımızın yarısı düşmən tapdağı aldındadır,almaq fikriniz yoxdur. Və başqa bu kimi qanunsuzluqlar baş alıb gedir.Bir qrup insan ölkəni söküb dağıdır. Dur deyən də yoxdur. Bəs bunlar haqda kimlərsə yazmalıdır deməlidir. Azərbaycanda bilirsiz ki kütləvi informasiya vasitələri kimlərə nəyə qulluq edir.Bu millətin dərdini sərini kimsə də bütün dünyaya deməlidir də.Yoxsa biz bir millət kimi tam məhv olarıq.Bu talançılar axırda bizim ətimizi də yeyərlər

analitik 2018-12-17 19:01:08

.... .. bağışlayın mirşahinə bu söyüş ruporunu kim verib?

Son yazılar