"Biz olmasaq, Rusiyanın sərhədləri Krasnodardan keçər..." - Lukaşenko Ermənistanı da "qarışdırıb"

"AzPolitika" xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı jurnalistlərlə görüşündə Qarabağ münaqişəsi və tərəflərə silah satışı ilə bağlı söylədiyi fikirlər Ermənistanda ciddi rezonans doğurub.

Lukaşenkonun Ermənistan rəhbərliyinin Rusiyaya Azərbaycana silah satdığı üçün irad bildirməyə cəsarət etmədiyini söyləməsi erməni siyasətçilər tərəfindən "acı həqiqət" kimi qiymətləndirilib. Belə ki, "Respublika" partiyasının siyasi şurasının sədri Aram Sarkisyan Lukaşenkonun bununla bağlı fikirlərində haqlı olduğunu bildirməklə yanaşı, Rusiyaya meydan oxumaqdan da çəkinməyib: "Xoşagəlməz və təmtəraqsız olsa da, Batka(A.Lukaşenkonun ləqəbi -red.) haqlıdır. Əgər bizim KTMT-də deyəcək sözümüz varsa, bunu strateji tərəfdaşımız və başlıca müttəfiqimiz olmaqla yanaşı, Azərbaycana bir nömrəli silah satıcısı olan Rusiyaya deməliyik. Ancaq mənim fikrimcə, nəsə demək mənasızdır.

Biz səssiz şəkildə, addım-addım NATO ilə əməkdaşlığı aktivləşdirməliyik. Bu vaxt bizə qarşı münasibət birmənalı şəkildə dəyişəcək."

Siyasətçi hətta iddia edib ki, Ermənistan Rusiyaya daha çox lazımdır, nəinki Rusiya Ermənistana. O, həmçinin dolayısı ilə etiraf edib ki, ölkəsinin müstəqilliyi şərtidir və Ermənistan sərhədləri elə Rusiya sərhədləri deməkdir: "Əminəm, nə qədər ki, Rusiya bizə lazımdır, ikiqat artıq biz Moskvaya gərəyik. Biz olmasaq, onların sərhədi Krasnodar Vilayətindən keçər".

CƏLAL

AzPolitika.info

635x100

Şərhlər

Millet 2018-12-17 20:37:18

Batka.son.vaxtlar. yaman.nala.mlxa. vurursan.özünnenmi. qorxursan.ermeni. inqlab.etdi.sen .lap.o.mesele.etdin.haaaa

Abit 2018-12-17 20:37:18

Bütün sebebkar Rusiyadır

Roma 2018-12-17 20:37:18

Bu erməni siyasətçinin “Əminəm, nə qədər ki, Rusiya bizə lazımdır, ikiqat artıq biz Moskvaya gərəyik. Biz olmasaq, onların sərhədi Krasnodar Vilayətindən keçər” deməsinə aşağıdakıları əlavə etmək lazımdır. Rusiya olmasa ermənistan adda respublika da olmaz.

Son yazılar