“Qərbdəkilər gəlib, Azərbaycan polisindən nümunə götürsün” - Siyavuş Novruzov

"Bizim polislər aksiyalar zamanı etitazçılara qarşı çox səbrli və təmkinli davranırlar. Hesab edirəm ki, Qərb və Avropa dövlətlərinin polisləri gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər".

"AzPolitika" xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov Parisdə təşkil olunan kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Azərbaycan polisi dünyanın ən sivil və humanist davranan polislərindən biridir:

"Əgər dünyada baş verən hadisələrə baxsaq görərik ki, ABŞ-dan tutmuş bütün Avropa ölkələrində qanunsuz keçirilən aksiyalara qarşı çox ciddi tədbirlər görülür. Dünya mediasından da izləyib görürük ki, həmin xarici ölkələrdə ictimai sabitliyin bərqərar edilməsi üçün atlar və itlər, göz yaşardıcı qaz və rezin güllələrdən istifadə olunur. Əfsuslar olsun ki, bunun çox yüngül forması Azərbaycanda tətbiq ediləndə kimlərsə bizə demokratiya dərsi keçməyə çalışır. Halbuki, Azərbaycanda qanunsuz aksiya zamanı saxlanılanlar sivil qaydada avtobuslara əyləşdirilərək polis bölmələrinə aparılır, orada isə onların izahatları alındıqdan sonra sərbəst buraxılırlar".

Komitə sədri beynəlxalq təşkilatları da Azərbaycana qarşı demokratiya ilə bağlı qərəzli yanaşmaqda günahlandırıb:

"Bu gün Parisdə etiraz aksiyaları zamanı 1000-ə yaxın insan həbs olunub. Onların əksəriyyəti hələ də həbsxanalarda saxlanılır. Hazırda Fransada fövqəladə vəziyyət elan edilib, minə yaxın insan həbs edilib, amma Avropa Şurası və Avropa İttifaqına daxil olan heç bir dövlət baş verənlərlə bağlı hər hansı fikir bildirmir, müzakirə aparmır. Bundan öncə də Hollandiyada türklərə qarşı böyük bir kampaniya başladılmışdı. İtlər və atlarla türklərə hücumlar təşkil edilmişdi. Həmin vaxt da heç bir beynəlxalq təşkilat səsini çıxartmamışdı. Yəni, Qərbin özünə gələndə demokratiya yada düşmür, amma digər ölkələrdə, o cümlədən Azərbaycanda hər hansı buna bənzər hallar olan kimi dərhal hərəkətə keçirlər, bəyanat verməyə başlayırlar, məsələni Avropa Şurasında müzakirəyə çıxarırlar və sairə. Yalandan da car çəkirlər ki, ay Azərbaycanda insan haqqları pozulur, insanlara sərbəst toplaşmaq üçün şərait yaradılmır və sairə. Əksinə, bu gün həmin Qərblə müqayisədə Azərbaybaycanda tam şərait yaradılır, başqa qüvvələrin təxribat törətməməsi üçün aksiya keçirmək istəyənlərin təhlükəsizliyi polis tərəfindən qorunur. Bunun da çox sadə yolu var, öncədən xəbərdarlıq etməklə Azərbaycanda istənilən vaxt bu cür tədbirlər keçirtmək mümkündür".

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-12-17 20:27:38

Onu qınamaq lazım deyil.Axı o yap-ın üzvüdür və həm də Yap-da vəzifə tutur.Yap-çılara görə Qərbdə demokratiya yoxdur.

Аyzek 2018-12-17 20:27:38

CİBƏ NƏŞƏ АTMАĞI KİMDƏN ÖYRƏNSİNLƏR?

eli 2018-12-17 20:27:38

Bu çıxış hazırdakı "ədalət"-in göstəricisidir

BAKILI 2018-12-17 20:27:38

Sen mutleq hekime ezuvi gester

Kommunis 2018-12-17 20:27:38

Qərbdəki.polisler. hec.vaxt. vetentaşnln. üzne.durmur. icerde.döyüb.öldürmür.

Millet 2018-12-17 20:27:38

Siyavuş. sen.allah. olan.qalan.hörmetni. itirme.ayıbdır. bütün. dünya. qerb.medenyetinnen. danışır.sende.gör.bir. ne.deyirsrn.ayıbdır

EJDER 2018-12-17 20:27:38

DEPUTATLARIDA GELE BILER,NUMUNE UCUN...LUKAWENKO CANI

Abit 2018-12-17 20:27:38

Deyinde bunu qoy hamı bilsin,

kamil 2018-12-17 20:27:38

Azərbaycandakılar da gedib Qərbin deputatlarından nümunə götürsünlər.

Sus 2018-12-17 20:27:38

Yalançının....Yenə sirquş "müəllim" sayaqlayır.

Gülağa 2018-12-17 20:27:38

Siyavuş m-m düz deyir. Qərb və Avropa dövlətlərinin seçki orqanları da gəlib Azərbaycandan başda Məzahir m-m olmaqla MSK-dan nümunə götürməlidirlər. Azərbaycan məhkəməsi də dünyanın ən sivil və humanist məhkəməsidir. O məşhur filimdə deyidiyi kimi "Да здравствует наш суд, самый гуманный суд в мире!".

kluni 2018-12-17 20:27:38

Elə mən də bu saət onu fikirləşirdim. 2003-də yarılmış başlar sağaldı, axıdılmış qanlar yuyuldu, danışan dillər kəsildi, öldürülmüş kəslər divara hörüldü. Bir sözlə yağışlar yağdı, çatlar bağlandı!! Malades, mındakı fərasətə bax!!

Son yazılar