Türkiyə, İran və Rusiya Suriya məsələsini müzakirə edəcək

Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələr - Türkiyə, İran və Rusiya arasında xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.

Qeyd olunub ki, görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar