Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlayır

"Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək: “Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək”.

S.Lavrov Qazaxıstanın da belə bir sənədin hazırlanmasına razılıq verdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar