İranlı general özünü güllələdi - FOTO

"AzPolitika" xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun genaralı Qudratulla Mənsuri özünü güllələyib. Bu barədə məlumat yayan "Vaşinqton Post" qəzetinin bildirdiyinə görə, general intihar etməyib və hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Məlumat verilir ki, Q.Mənsuri özünə məxsus tabel silahını təmizləyərkən, ehtiyatsızlığa yol verib və silahdan açılan güllə generalın başına dəyib.

İranda kifayət qədər tanınan general ötən əsrin 80-ci illərində baş verən İran-İraq müharibəsinin veteranı olmaqla yanaşı, ölkəsinin Suriya və İraqda keçirdiyi hərbi əməliyyatların da aktiv iştirakçılarından olub. Onun 2014-cü ildən etibarən İslam İnqilabı Keşikçiləri Korpusunun İranın şimal-şərqindəki quru qoşunlarının komandanı olduğu bildirilir.

Cəlal

AzPolitika. info

635x100

Şərhlər

kamil 2018-12-17 20:29:27

Qələt eləyirlər: onu Mossad güllələyib!

Son yazılar