Azərbaycanda əhalinin gəlirləri 9,2% artıb

2018-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2% artıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə əhalisinin nominal gəlirləri 47 368,8 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4 825,3 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 43 433,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çox vəsait qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar