Bərdədə iki bacı dəm qazından zəhərləndi

Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.“Sputnik Azərbaycan” bildirir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Rayon sakinləri - 2005-ci il təvəllüdlü Əliyeva Fatma Saleh qızı və kiçik bacısı, 2008-ci il təvəllüdlü Əliyeva Gülay Saleh qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bacıların müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Həkimlərin bildirdiyinə görə, hər ikisinin vəziyyəti kafidir. Hadisəyə səbəb vanna otağında dəm qaz sızması olub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar