Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı açıqlanıb

Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək.

“Report” TASS-a istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

“Səsverməöncəsi müzakirələrə yanvarın 7-də qayıdacağımızı, bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm”, - deyə hökumət başçısı qeyd edib.

Xatırladaq ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar