«Şimal axını 2»-yə münasibəti dəyişin» - ABŞ DD-dən Almaniyaya çağırış

«AzPolitika.info»xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Avropa parlamentinin «Şimal axını-2» boru kəmərinin tikintisini dayandırmaq çağırışı barədəki qətnaməsini alqışlayıb - Rusiyanın Ukraynaya qarşı təcavüzü səbəbilə.

DD həm də Berlini bu layihəyə yönəlik «qonşuların narahatlığına diqqət yetirməyi» tövsiyyə edib.

«Avropa parlamentinin 12 dekabr tarixli qətnaməsi Avropanın enerji sistemində Ukraynanın rolunun əhəmiyyətini bir daha təsdiqləyir və Kreml tərəfindən dəstəklənən «Şimal axını-2» boru kəmərinin tikintisini pisləyir - onu siyasi layihə hesab edir. Biz, israrla Almaniyanı təhlükəsizliyi bu layihə ilə pozula biləcək qonşuların narahatlığına qulaq asmağa çağırırıq» - DD-nin saytında belə deyilir.

İdarədə həm də Avropa İttifaqının bu mövqeyini bölüşürlər ki, noyabrın 25-də Kerç boğazında baş vermiş insident zamanı Rusiyanın fəaliyyəti «beynəlxalq hüququn pozulması» nümunəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar