«Biz, Ukrayna ilə döyüşməyəcəyik...» - LAVROV

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyəti şərh edərkən, vəd edib ki, Moskva Kiyevlə döyüşməyəcək.

Nazir bu barədə «Komsomolskaya pravda»nın efirindən rusiyalıların suallarını cavablandırarkən bəyan edib.

Lavrov izah edib ki, hazırda ölkədə baş verənlərə görə, Ukrayna xalqı günahkar deyil.

«Ukrayna rejimi ilə biz döyüşmürük. Bu rejimlə Ukraynanın rusdilli sakinləri döyüşür. Bizim Ukrayna dövləti ilə münasibətimiz var. O, bizim üçün hakimiyyətdə oturanlardan daha artıq əhəmiyyət kəsb edir. Mən əminəm ki, Ukrayna xalqının böyük əksəriyyəti sülh və bu biabırçı rejimdən xilas olmaq istəyir... Biz, Ukrayna ilə döyüşməyəcəyik, mən, bunu sizə vəd edirəm» - deyə Lavrov bəyan edib.

XİN başçısı onu da xatırladıb ki, Minsk sazişinin alternativi yoxdur: «Biz, Minsk razılaşmasını yerinə yetirməyə borcluyuq. Minsk sazişinin alternativi yoxdur. BMT-nin nizamnaməsi də bəzən pozulur, ancaq panik emosiyalara qapılmaq yolverilməzdir».

635x100

Şərhlər

Şərhçi 2018-12-17 22:30:10

Ukraynanı fəlakətə sürükləyirsiniz, nə tökərsən aşına o da çıxar qaşığına.Allah əvəzini göstərsin sizə.

Bayram 2018-12-17 22:30:10

Yalansa ALLAH sənin və Putinin bəlasını versin. İNŞALLAH verər.

Son yazılar