Tramp Gülənin ekstradisiya olunmasını istisna etmir - Çavuşoğlu

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istnadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Beynəlxalq forumun gedişində bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) müxalifətçi vaiz Fətullah Güləni Ankaraya təhvil verə bilər.

Onun sözlərinə görə, ekstradisiya imkanlarının olduğunu ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla G20-nin Argentinadakı sammitində apardığı danışıqlar zamanı dilə gətirib.

«ABŞ Prezidenti Tramp Prezident Ərdoğana deyib ki, FETÖ başçısı Gülənin ekstradisiyası istiqamətində işlər aparılır».

Nazir bildirib ki, Federal Təhqiqat Bürosu (FTB) Gülənin təşkilatının ABŞ-da vergidən yayınması predmeti üzrə təhqiqat aparır.

Məlum olduğu kimi, Türkiyə Güləni 15 iyul 2016-cı il tarixdəki hərbi çevriliş cəhdinin təşkilində ittiham edir. ABŞ-da yaşayan vaiz isə bunu boynuna almır.

635x100

Şərhlər

t.ədalət 2018-12-17 23:10:36

Güman etmək oilar ki,gülənin əsas qərargahı ermənistandadır.Onunla bağlı adamlar dünyanın hər yerində axtarılıb tapılmalıdır.Daxil olduğu ölkələrdə gəlirlər imperiyası quran bu quldur,şübhə yox ki ermənistanı maliyyələşdirənlərdən biridir.

Türk 2018-12-17 23:10:36

Mən Trampa inannmıram.

Son yazılar