Toyuq yumurtası böyüklüyündə almaz tapılıb - FOTO
Baxiş sayı:
Dərc olunub:
17/12/2018 - 23:40
Kanadanın “Dayavik” yatağında ölçüsü toyuq yumurtası böyüklüyündə olan sarı almaz tapılıb.
AZƏRTAC “Dominion Diamond Mines” kompaniyasının saytına istinadla xəbər verir ki, 552 karatlıq almaz indiyədək Şimali Amerikada tapılan ən böyük qiymətli daşdır. Zərgərlik keyfiyyətlərinə malik “Dayavik” ölçüsünə görə, XXI əsrdə tapılan almazlar sırasında yeddinci yeri tutur və tarixdə ən böyük qiymətli daşların top 30-luğuna daxil olub. Dünya rekordu isə 3106 karatlıq “Kullian” almazına (Cənubi Afrika Respublikası) məxsusdur.
Alimlər artıq “Dayavik” almazının strukturu ilə maraqlanırlar. Geoloqlar tapıntını tədqiq etdikdən sonra, o, hissələrə bölünərək cilalanacaq və bundan sonra satışa çıxarılacaq.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.