“İKİ VİRAN QOYULMUŞ XƏSTƏXANA” – “Ələbaxan həkimlər və tibb bacıları...”

"Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.

“AzPolitika.info”nun məlumatına görə, tanınmış təhsil eksperti Etibar Əliyev Bakının 2 səhiyyə ocağındakı acınacaqlı vəziyyətdən bəhs edən “Facebook” statusunda belə yazır.

E.Əliyevin actual və düşündürücü statusunu təqdim edirik: “Yanaşı dayanan iki xəstəxana: 5 saylı şəhər Klinik Xəstəxanası və C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya İnstitutu. Birinciyə uzun illər Bəxtiyar Vahabzadənin kürəkəni Ziya Əsədov, ikinciyə isə uzun illər Adil Baxşəliyev rəhbərlik edib. Hər iki tibb müəssisəsi viran qoyulub. Nikolay dövrünün liftləri və reanimasiya şöbələri, sökülüb-tökülən xəstəxana divarları, sınıq-salxaq çarpayılar insanı dəhşətə gətirir: ölüm haqqında düşünürsən. Belə yerlərdə xəstənin sağalma ehtimalı barədə danışmaq adsurddur. Ələbaxan həkimlər və tibb bacıları bu viran qoyulmuş xəstəxanaların insan amilidir. Dedilər ki, hər ikisinin rəhbəri dəyişib. Dəyişən rəhbərin "islahata" nədən başlaması təəccüblüdür. Xəstə üçün kasıb, yaxud varlı klinikanın olması vacib deyil, onu sağaltmaq lazımdır. Bu cür xəstaxanalarda neçə illərdir ki, baş verən ölüm halları biganə insan statistikası kimi qiymətləndirilməlidir.

P.S. Xəstələnməyin. Bahalı klinikalarda kasıb xəstənin üzünə baxan yoxdur, kasıb xəstəxanalarda isə şərait. Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.

V.Nəsibov

635x100

Şərhlər

MM-ə 2018-12-18 09:30:52

Milli Elmlər Akademiyası uzun illərdir Naxşəvanlılara peşküeş edilib.Bir Xudu Məmmədov vardı,onun da baçşnı yedilər.Akademiyanın zəif,yalan hesabatlarına diqqət edən var?50 ildir Akademiyada bir fundamental elmi iş (dünya miqyaslı) ortaya çıxarılmayıb,bir elmi kəşf olunmayıb,hamısı köçürmə, yalandan elmi adlar.İş harasıdır ki, Naxçıvanlı deputatlar da Milli Elmlər Akademiyasında elmi dərəcələrlə mükafatlandırılıb,amma ....Baxşəliyevlər də onun kimi.

t.ədalət 2018-12-18 09:30:52

"VƏTƏNDAŞA" cavab: Hələki vəzifələrə təyinat Rusiyaya rəğbətə görə aparılır.Nəticə də,gördüyünüz kimi,O.Şirəliyevin xəyalları kimi olur..

Niri-yə 2018-12-18 09:30:52

Sizinlə tam razıyam. Əlavə edə biləcəklərim : "Riyazi qayda , toplananların yerin dəyişsəkdə nəticə dəyişməz" , "Naziri dəyişməklə vəziyyət dəyişməz" , , "Bataqlıqda çiçək bitmir" və "Nazir oldu Şirəli ... gedərsən irəli".

Vətəndaş 2018-12-18 09:30:52

Yəqin günahkar Rusiyadır.

Seymura 2018-12-18 09:30:52

Şirəliyev yuxarıdan mühafizə olunanlardan olduğundan ona sataşmayın.Hələ boynunda xaç gəzdirən qızı var adamın.Belə dolaşıq işlərə başını soxma. Yoxsa onu bu qədər eybəcər işləməyə qoardılar?

E.Əliyevə 2018-12-18 09:30:52

Allah evini tiksin! Şirəliyeb təkcə iki xəstəxananı yox,bütün səhiyyəni bərbad edib.Ancaq hakimiyyətin buna dözməsi, səhiyyəni nəzarətdən kənar saxlaması haqlı şübhə yaratmaqdadır.Ehtimalən yuxarıdan mühafizəedilir.Amma niyə? Axı Azərbaycan xalqı səhiyyənin bu vəziyyətindən əziyyət çəkir.Bu olduqca maraqlıdır.

seymur 2018-12-18 09:30:52

sehiyye naziri cavabdehlik dashiyir camahat onun elinde qalib savadsiz hekimlikden uzaq tost tamada prorab adlarini xalq ona coxdan verib .ancaq .... qohumu olduqundan onu heleki cole atmirlar nazirliklerin sirasinda en yaramaz rushvetxorluq yuvasi olan sehiyye nazirliyidi .bu nazirin funksiyasi devletin sehiyyenin inkshafina ayrilan pularini tamir tikinti adiyla silib daqitmaq ve camahatin qozunden perde asmaqdi realiqda sehiyye korupsiyasi esasli yoxlayandan sonra mtn ehfalati qulunc olacaq

MM 2018-12-18 09:30:52

Adil Baxşəliyev AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevanın doğma qardaşıdır.

vaqif 2018-12-18 09:30:52

hər il milyonlarla vəsait dərmanların alınmasına sərf olunur.valyuta axını baş verir.Bunun qarşisini almaq üçün ilkin tibbi muayinələri keçirmək.xəstəlikləri daha erkən aşkarlanması üçun xəstələri pulsuz icbari tibbi muayinələrdən keçməsi üçun təxirəsalınmaz tədbirlər görulməlidir

t.ədalət 2018-12-18 09:30:52

İndicə KTM-dən(keçmiş Semaşko) gəlirəm.Xəstələr üçün müalicə dərmanları yoxdur.Hətta müharibe əlillərinə belə dərman preparatları verilmir.İndiki nazir O.Şirəliyev Azərbasycan səhiyyəsini və bütün xəstəxanaları həftəbecər vəziyyətə salıb...

AZƏR 2018-12-18 09:30:52

TİBBİ PROFİLAKTİKA yox səviyyəsindədirtibbi maarifləndirmə də eləcə.insanlar muayinələrdən kecə bilmir.səhiyyə nazirliyinin işçiləri xəstəxanalarda.poliklinikalarda mutəmadiolmalı.xəstələrlə sorğu .lazimgəlsə operativ kğmək etməlidirlər.nəinki kabinetlərdə oturmalı deyillərmuayinələr çoc bahadir.adi mədə.bağirsaq yoxlanmasl 120 manatdan bahadir.Ona görə mədə bağirsaq xərcəngi geniş yayılmışdir.45 yaşdan sonra butun əhalı mədə baqirsaq yoxlanmasindan kecməli.əks təqdirdə gecikmiş formalı şiş yayilmaz

VƏTƏNDAŞ 2018-12-18 09:30:52

bizim səhiyyəmizin dəhşətli vəziyyətinə görə irana son 15 ilə milyonlarla dollar axın oldu.özəl klinikalarımızda qiymətlər çox bahadır.Tibbi sığortanıtəcili işə salmaq lazımdır.su tikinti xəstəxanasını gorənlər dəhşətə gələr.insanları Allah saxlayır.respublika xəstəxanasına girin baxın.təmir olunub ala-babat amma puisuz mualıcə yoxdur.insanlar muayinələrin yarısından ancaq kecə bilir.dərmanlar da baha TƏCİLİ NƏ İSƏ GÖRMƏK LAZMDİR.SƏHİYYƏMİZ MƏHF OLUR

EJDER 2018-12-18 09:30:52

SEHIYYEMIZ HELE DEMDI,WIRIYEVE WEREF OPDENI VERILMELIDI,MUWAVIREDE DANIWDIQINA GORE...YAXWI INKIWAF EDIB,NAZIRMIZIN QOHUM EQRABASI,LUKAWENKO CANI

AAgahuseyn 2018-12-18 09:30:52

Mənim isrsrlı təkidimə baxmayaraq bir qəpik pul almadı.Uzun söhbətdən sonra dedi yaxşı imkanın varsa 2-kisə öips al ğips yoxdur cətinlik cəkirik.Mən 5-ton ğips ğətirdim o inana bilmirdi.bütün o ğipisləri cəbhə bölğələrinə bölüb göndərdı.BU HƏKİMLƏR hara ğetdi niyə bu ğünə düşdük.DÖVLƏT xəstəxanaları adamı soyur.ÖZƏLLƏR onlardan insaflı və ucuzdur.MƏndən əməliyyat ücün dövlət xəstəxanasında 12-min AZN istəyirdilər ğetdim İRANA əməliyyat və yol xərcim 4-min AZN tutdu.1-illik dərmanı buranin 1-ayinin alıram.

AAgahuseyn 2018-12-18 09:30:52

Həmin 5-saylı xəstəxanaya bir qohumumu aparmışdım qarabaqda bir qıcını və digər ayaqını qismən qoyub əlildir.Həkimlər onun başına bir oyun acdı ki,o imkanı olsaydı erməniyə tərəf ıstifadə etdiyi silahdan bu tib işcilərinə qarşı istisadə edərdi.müharibədə itirdiyi qıcını hər il əməliyyat edirlər od qiymətinə.8-dəfə əməliyyat olub.İlk əməliyyat cəbhə bölgəsində 2-ci əməliyyat tramatoliğyada olub orada adını unutdyqum Gəncəli bir həkim təmənnasız əməliyyatı apardı.Mənim israrlı təkidimə-ardı var.

Atalar sözü 2018-12-18 09:30:52

Həkimi gülüm olanın başına külüm olar.Və ya! Axsaq ulağın kor nalbəndi olar.Belə hala salınmış ölkənin Şirəliyev kimi naziri olar.

Doğrusu 2018-12-18 09:30:52

Azərbaycanda səhiyyə köküdən laxlayıb. Tibb universiteti savadsız həkimciklər ştamplayır,Dövlət xəstəxanalarına müraciət etmək üçün pullu olmalısan, xəstəxanada dərmanları xəstə almalıdır,dərmanlar həm çox bahadır,həm də keyfiyyətsizdir.Özəl xəstəxanalar həm keyfiyyətli tibbi xidmət edə bilmir,həm də ortabab adama belə əı çatmazdır. Ona görə imkanı olanlarimkan daxilində müvafiq xarici ölkələrdə müalicə olunur.Sadə insanlar isə imkansızlıqdan tibbi müalicə oluna bilməkdən məhrum ediliblər.Bu reallıqdır.

Xəstə 2018-12-18 09:30:52

Şirəliyevdən bşqa nə gözləmək olar? ...Qızl da boynunda xaç Mockvada vəzifə sahibidir....Şirəliyev bala-bala büdcəni yeyir.Səhiyyə onun nəyinə gərəkdir.Özünün səhiyylik işi olanda gedir Almaniyaya.Boşona şikayət edib, əsəbinizi korlamayın....

miri 2018-12-18 09:30:52

Məmləkətdə hər bir sahə eyni vəziyyətdədir: hüquq mühafizə orqanları hüquqsuzluq və ədalətsizlik, mədəniyyət strukturlari mədəniyyətsizlik, dini strukturlar dinsizliyi... və s(müəllif dediyi, səhiyyə də eləcə) yaratmaqla məşğuldurlar. Bu prosess 25 ildir belə gedir. Heç kəs başa düşmək istəmirki, həmin sahələrə kimlərin rəhbər olmasının bir fərqi yoxdur. Yəniazərbaycanda "ağa deyir sür dərəyə,sür də" əmrini icra etməmək nə ilə nəticələnə bilərin fərqinə varın!!! P.s. "bir çicəklə bahar olmaz" deyimini başa düşməyənə və sadəlövhlükdən qurtulmayana kimi dərdlərimizi ancaq danışmaqla "yola verəcəyik".

Son yazılar