Türkiyədə 180 hərbçi həbs edildi

Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində saxlanılmış 219 hərbçinin 180 nəfəri həbs edilib.

Trend-in məlumatına görə, 219 hərbçinin saxlanıldığı əməliyyat dekabrın 14-də İstanbulda keçirilib. Bildirilir ki, həbs edilən 180 hərbçinin arasında 85-i zabitdir.

Məlumata əsasən, həbs edilən hərbçilər FETÖ təşkilatı ilə sıx əlaqədə olub. Onların terror təşkilatının digər üzvlərinə hərbi hissələr barədə məlumatları ötürdükləri deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar