Azərbaycanda maliyyəçilərin orta aylıq nominal əmək haqqı azalıb

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı açıqlanıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il notyabr ayının 1-nə maliyyə və sığorta fəaliyyəti ilə 25 min nəfər məşğul olub ki, bunun 4 800-ü dövlət, 20 200-ü isə qeyri-dövlət sahəsinə aiddir.

Sentyabr ayı ilə müqayisədə oktyabrda maliyyə və sığorta işçilərinin sayı artıb. Statistik məlumatların təhlili onu deməyə əsas verir ki, dövlət maliyyə və sığorta sahəsində işçilərin sayı 100 nəfər və ya 0,4% artıb.

Hesabat dövründə maliyyə və sığortaçılar orta hesabla 1 454,9 manat məvacib alıblar. Dövlət maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 417,3 manat, qeyri-dövlət sahəsində 1 463,6 manat olub. Sentyabr ayı ilə müqayisədə oktyabrda maliyyə və sığorta sahəsində muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 7,6 manat və ya 0,5% azalıb.

Qeyd edək ki, maliyyə və sığorta sahəsində çalışanlar orta aylıq nominal əməkhaqqının məbləğinə görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar