Həsən Ruhani Türkiyəyə gedir

İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə iki ölkənin Strateji münasibətlər üzrə Ali Şurasının 5-ci iclasında iştirak etmək məqsədilə Ankaraya səfər edəcək.

Trend-in məlumatına görə, bunu İran Prezident Aparatının informasiya məsələləri üzrə rəhbər müavini Pərviz İsmaili deyib.

Onun sözlərinə görə, Prezident Həsən Ruhani yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə 2 günlük səfər çərçivəsində sabah Türkiyə paytaxtına gedəcək.

İran və Türkiyənin Strateji Ali Şurasının 5-ci iclası iki ölkə prezidentlərinin rəhbərliyi ilə keçiriləcək.

Səfər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə sənədlər imzalanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar