"Himnin sözlərinin müəllifi Əhməd Cavad deyil" - Araz Əlizadə

Deputat Qənirə Paşayeva Milli Məclisin iclasında himnin dəyişdirilməsi ilə bağlı fikirlərə etiraz edib.

Modern.az saytının məlumatına görə, deputat bildirib ki, cəmiyyətimiz himnin sözlərinin müəllifi Əhməd Cavadın ruhunun narahat edilməsini istəmir.

“İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır. Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış simalarıdır.

Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtə qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavaddır, musiqisi Üzeyir Hacıbəylinindir”-deyə o bildirib.

Qənirə Paşayeva deyib ki, mövzunun da polemikaya ehtiyacı yoxdur.

“Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. “Hüququndan keçən əsgər“ kimi gözəl sözmü var? Himdə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə, bundan sonra da sevib qorumalıyıq”.

Deputat Araz Əlizadə isə bildirib ki, himnin sözləri gözəldir, amma müəllifi Əhməd Cavad deyil.

“Bu himnin müəllifi Cəmo bəy Cəbrayılbəylidir. Bu faktlarla sübut olunub”.

635x100

Şərhlər

TARİX 2018-12-18 15:03:11

AZƏRBAYCAN ÜCÜN MÜQƏDDƏS OLAN NƏ VARSA ƏLİZADƏ ONUN ƏLEYHİNƏ CIXIR.

Abit 2018-12-18 15:03:11

Senin dedendi yeqin

Abit 2018-12-18 15:03:11

Bunun sifetini görende allergiyam qalxır,bu .... niye susduran yoxdu,o milli meclisde bir musiqi aleti yoxdumu veresiz buna?

Son yazılar