İş adamının şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Ceyhun Canıyevin apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Canıyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar