Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İ.Əsgərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar