UNEC professoru Moskvada keçirilən konfransda məruzə ilə çıxış edib - FOTO

UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, professor Əlican Babayev Moskva şəhərində “Rusiya mittelşpil: iqtisadiyyat, texnogenez, geostrategiya” mövzusuna həsr olunmuş konfransın plenar iclasında “Qlobal çağırışlar konteksındə iqtisad elmlərinin təsnifatı və iqtisadi nəzəriyyənin tədrisi” adlı məruzə ilə çıxış edib. Konfrans iştirakçılarının xüsusi marağına səbəb olan məruzə ətrafında müzakirələr aparılıb.

"AzPolitika. info"nun məlumatına görə, tədbir Moskva Dövlət Universitetinin İctimai elmlər mərkəzinin Elmi Şurasının və İqtisadiyyat fakültəsinin “Təsərrüfat fəlsəfəsi” laboratoriyası tərəfindən təşkil edilib.

Konfransın işində Rusiya, Azərbaycan, Qazağıstan, Belarus, Polşa, Çin və Ukraynadan olan 150-dən artıq nümayəndə iştirak etmişdir. Konfransda müasir dövrdə iqtisad elmlərinin qarşısında duran problemlər geniş şəkildə müzakirə edilmişdir.   Bu baxımdan professor Əlican Babayevin məruzəsində qaldırdığı məsələlər və  iqtisadi nəzəriyyənin tədrisində yeni yaşmalara dair fikirləri maraqla qarşlanıb.

Qeyd edək ki,  UNEC-in professoru Əlican Babayev vaxtaşırı beynəlxalq elmi konfransda iştirak edərək, məruzələrlə çıxış edir.  Ötən il onun  Rusiyanın M.V.Lomоnоsov adına Moskva Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransdakı “Muasir iqtisadi nəzəriyyə və Azərbaycanda onun tədris edilməsi xüsusiyyətləri” mövzusunda məruzəsi də elmi ictimaiyyətin diqqətini cəlb etmişdi.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar