BİZ NECƏ MİLLƏTİK?...

Eldar SABİROĞLU

Təkrar Nərmin Şahmarzadə mövzusuna qayıtmalı oldum.

Müzakirələrdə heyrət doğuran fikirlər, çoxsaylı müdafiəçi azərbaycanlımızın, insanın içini parçalayan yanaşmasını yaxına buraxmaq çox ağırdır. Adını fərqli fikir qoyub yaxasını cıranları sıraya düzüb sayası olsan, gedib sona cata bilməzsən.

Nərmin üçün narahat olanların sayı günbəgün artır. Əhsən millətimizə!!!

İmzalar içində çoxlu tanıdıqlarımı gördüm. Hətta mənəvi terrora qədər gedib çıxanlar da oldu. Məsləhət görürlər ki, söyüş və təhqir olmaz. Mədəniyyət nümayiş etdirmək lazımdır. İradımız yoxdur. Həqiqətən, söyüş olmasa daha yaxşı görünə bilərdi. Lakin Nərmin elə yerə daş atıb ki, istər-istəməz millətin heysiyyatına toxunduğuna görə bu cür şiddətlə qarşılaşır. Bu dərəcəyə çatdırılmasının mən də əleyhinəyəm. Erməni mətbuatı Nərminin "fədakarlığına" həsr etdiyi palaz-palaz yazılarla yanaşı onun taleyindən nigarançılıq keçirdiklərini xüsusi ilə vurğulayır. Bunu boşuna buraxmaq olmaz.

Yəqin ki, ölkəmizin müvafiq dövlət orqanları tərəfindən proses yaxından izlənilir. Azərbaycana çamur atmaqdan ötrü daşnaklar vəziyyətin daha kritik şəkil almasını tülkü kimi pusquda dayanıb gözləyirlər...

Lakin söhbəti adiləşdirib, bu da onun düşüncəsidir deyə üzərindən sükutla keçməyin sabah-birigün başqa ağır fəsadlar verə biləcəyini mütləq diqqətə almalıyıq. Övladı səngərdə ölümlə üz-üzə dayanan və ya oğlunu orduya yola salmağa hazırlaşan anaların ruhunu zədələməyə, inamını sarsıtmağa heç kimin haqqı çatmır. Nərminin fitnəsinin hansısa mərkəzlərdə hazırlanıb ötürülmədiyinə kim təminat verə bilər? Ona görə də bir qədər yüksək emosiyaları yır-yığış edib bunun kökünü araşdırıb üzə çıxarmaq gərəkdir.

Qızın şəhid-qəhrəmanımızı cinayətdə və qatillikdə suçlayandan sonra da dediklərinin üzərində israrla dayanması və geniş ictimai qınagı heçə sayması, bu neçə gündə valideynlərinin səslərini içlərinə çəkib susmaları dərindən düşünməyə müəyyən əsaslar verir. Erməni silahlıları da bizim əsgərləri öldürüb. Ədalət sevən idisə, Nərmin bu fikri də deyə bilərdi. Amma niyə demir? Nərmin üçün bəlkə bizimkilər insan sayılmır?! Onun sözlərindən alınan nəticənin başqa tərzini tapa bilmədim. O, açıqca millətimizi gerizəkalılıqda, yüksək mənəvi - insani-mədəni dəyərlərə malik olmamaqda təqsirli sayır. Mübariz İbrahimov kimi qəhrəman şəhidlərimiz Silahlı Qüvvələrimizin simvollarıdır. Onların cinayətdə suçlanması bütövlükdə Azərbaycan Ordusuna həqarətdir.

P.S. Əgər bu qızın oxşarı olan biri Ermənistanda belə fikir səsləndirsəydi, onun vəziyyəti çox ağır olardı. Birincisi, erməni bu sözü dilinə gətirməz. Onlar körpəlikdən öz uşaqlarına bizə düşmən kimi baxmağı öyrədirlər. Ermənilər istənilən məsələ ilə bağlı dartışa bilərlər. Lakin bir həqiqəti bilmək lazımdır ki, Qarabağın adı gələndə uşaqdan böyüyə qədər hamısı yekdildir.

Düşmənin hansı xislət sahibi olduğunu heyflər olsun ki, yetərincə öyrənə bilməmişik. Nərmin bir daha göstərdi ki, milli özünüdərk problemindən tam xilas ola bilməmişik. Gərək ki, yekəltməyəydik...

Birimiz yazırıq Şah İsmayıl Xətainin qanı qarışıqdır, damarlarından xristian qanı axır. Başqa birisi himnimizə dil uzadır, müəllifinin Əhməd Cavad olmadığını iddia edir. Digəri ortalığa çıxıb car şəkir ki, Azərbaycan tarixi yenidən işlənilməlidir...

Biz necə millətik?! Artıq XXI-ci əsrdəyik. Görün nələrin dalınca düşmüşük...

635x100

Şərhlər

YƏHUDİ MİLLƏTİ YOXDUR: 2018-12-01 21:53:46

YƏHUDİLİK DİNİ ETİQADDIR, MÜSƏLMANÇILIQ VƏ XRİSTİANLIQ KİMİ! YƏHUDİLƏR - erməni-XAİES QARAÇI SOYUNA BAĞLI TAYFADIR! DİNİ SİYASİ ALƏT EDƏN yeganə etnik millət erməni-XAİES QARAÇI TAYFASIDIR Kİ...

EJDER 2018-12-01 21:53:46

SABIROQLU HESAB EDIREM KI,M.E. SABIRIN WERLERINDEN XEBERINIZ YOXDUR...OXUYUN GORUN KI,BIZ ANALOQU OLMAYAN MILLETIK...BIRDE KI,SIZION BU TERIFLEDIYINIZ IQTIDAR ,OQLUVUZU ILDE 100 ESER YAZAN,80 YAWINDA,AKADEMIKA GORE TUTMASAYDI BIR EREZ KIMI SIZDE YEYIB ,DAQIDIB DEPUTATLIQ EDIRDINIZ...INDI MILLETE INKIWAFIN NAQILINI SIRIYIRDINIZ.LUKAWENKO CANI

Sabir müəllimə 2018-12-01 21:53:46

Nələrin dalınca düşməmişik,nələrin dalınca düşürdüblər desəniz daha doğru olar.İctimaiyyətin rəyi yönləndirilərək mətbuatda bu hala salınır.Bunu hörmətli Sabir müəllim də çox yaxşı bilir. Biz çox gözəl, ağıllı millətik.Sadəcə sahibimiz, öndə gedən,doğru yol göstərənimiz görükmür.Millət aralıqda qalıb.Yönəticilərin metod və yanaşması belə halları yaradıb.Odurki, Sizin millətə şübhəniz əsassızdır.

Vəli 2018-12-01 21:53:46

PROBLEMIN KÖKÜ QARDAŞA:Nə yazmisansa düpbədüz yazmısan.AMMA ayə qardaş bu nə cümlədi qurmusan evin tikilsin.Səndən iraq olsun lap Mirsahinin cümlələrinə oxşadı, oxuduqcada dedim bu fagırin zəhri çatdadı indi.Səni Mirşahinə tay tutmaram amma, belə əndrabadi cumlə qurmaqda .... sənin yanında ... yeyir, biləsən.İncimə haaa pis niyyətlə yazmıram.

QULU 2018-12-01 21:53:46

Nə millət, ÜMUMİ baxımdan biz heç tayfa, qəbilə düşüncəsinə də malik deyilik. Bizim VƏTƏN anlayışımız isə hasarımıziz daxilində olandır.

Sabiroğlu-ya 2018-12-01 21:53:46

Mən 19 yaşlı Nərminə haqq qazandırmıram və o bu hərəkətinə görə üzr də istədi. Amma Sabiroğlu, işğal altında olan Şuşa RİH-nin başçısı Bayram Səfərov deyir ki "Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi? Qeyrəti olan oğlan elə düşünməz!". Deməli Bayramın məntiqi ilə sabah yenidən müharibə başlasa heç kim sinəsini güllə qabağına verməyəcək, qaçacaq və düşünəcək ki əgər ölsə kimsə onun ailəsinə bir “buxanka” çörək verməyəcək. İndi sual verirəm Sabiroğlu hamı düşüb bu 19 yaşlı Nərminin üstünə niyə bu olmayan Rayonun İH başçısı milyonlarla dəyəri olan villaları olan B.Səfərova cavab verən yoxdur?

PROBLEMİN KÖKÜ VƏ SƏBƏBİ: 2018-12-01 21:53:46

ODUR Kİ, AZAD AZƏRBAYCANDA 200 ildir ki, terror törədən və VAHİD AZƏRBAYCANI 5 YERƏ PARIM-PARÇA EDƏN erməni-XAİES QARAÇI TAYFASI .... "GİZLİ HÖKÜMƏT-dövlət içində dövlət" mafiostik strukturu qurmuşlar və aborigen azərbaycanlıları ASSİMLYASİYA YOLUYLA-yəni Bİ-QEYRƏTLƏRİN "axçi" ARVADETMƏKLƏ -SOSİAL DEQRADASİYAYA UĞRADIB TOPSUZ-TÜFƏNGSİZ KAPİTULYAİYAYA MƏRUZ QOYANDANN SONRA istanbuldan-BAKIYA, QARA DƏNİZDƏN-XƏZƏR "BÖYÜK ERMƏNİSTAN-XAİESTAN" QURMAQ İDDİASINDDIRLAR!

Müfəttiş 2018-12-01 21:53:46

Biz elə beləcə Millətik, bizim dəyişməyimiz qaldı Qiyamətə....

muzaffar 2018-12-01 21:53:46

Bəs birisi durub deyəndə ki, biz ermənilərlə ...., niyə millət susurdu. Bax göstəriş elə ordan gəlib, amma sənə Rüfət kimi oğula görə əhsən. Millətə təslimçilik ruhu aşilanyanlar yuxarı başdadır. ... ganında millət qanı axanlar gərək xocalını unutmaya!

Mirzə AĞ 2018-12-01 21:53:46

Ürək ağrısı ilə yazıram: biz, hazırda "konqlomerat"ıq - hələ millət ola bilməmişik!!!

Oqtay 2018-12-01 21:53:46

Yəhudilər dünyanın hər yerinə səpələnib NyuYork,Vyana,Berlin,Bakı,Qubanın kəndindəkilər hansını dindirsən yəhududirlər yəni eyni millət hamısına da eyni hörmət .Bizdə isə bu balaca Azərbaycanda biz Naxçıvanlı, ermənistanlı, Zərdablı,Şamaxılı,Yevlaxlı,Şəkili ,Bakılıyıq Bölünmüşük hələ bir millət ola bilmirik

Son yazılar