ABŞ Bosniya-Hersoqovinanı dəstəkləyəcəyinə söz verib - NATO-ya daxil olmaq məsələsində

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton NATO-ya üzv olmaq məsələsində Bosniya-Hersoqovinanın səylərini dəstəkləyir. Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin müavini Con Sallivan bəyan edib.

Onu sözlərinə görə, ABŞ-ın mövqeyi dəyişməzdir və ölkənin NATO-ya daxil olması barədə qərarını dəsəkləməkdən ibarətdir. Sallivan əlavə edib ki, ABŞ tərəfi bu ölkədə vəziyyəti qarışdırmaq istiqamətindəki cəhdlərə sərt cavab verəcək.

Bundan əvvəl, dekabr ayında, NATO Bosniyanı alyansa üzvlük barədə fəaliyyət Planına qoşulmağa dəvət etmişdi. Bosniyanın bu plana qoşulmasını 10 ildir ki, Serbiya bloklayırdı. Belə ki, Bosniya və Hersoqovinanın tərkibinə daxil olan Serbiya Respublikasının prezidenti Milorad Dodik rusiyayönlü mövqedən çıxış edir və dəfələrlə bu ölkəni NATO-ya daxil olmamağa çağırıb.

Bundan əvvəl «Bloomberq» agentliyi xəbər vermişdi ki, Bosniya-Hersoqovina NATO ilə Rusiyanın təsir dairəsi uğrunda mübarizənin mərkəzinə çevrilə bilər.

KİV-in məlumatına görə, Çernoqoriyanın Şimali Atlantika alyansına daxil olmasından sonra NATO diqqətini Bosniya və Hersoqovinaya yönəldib. Yuqoslaviyanın parçalanmasından sonra, ölkədə etnik gərginlik təhlükəsi hələ də yüksək olaraq qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar