BMT BM Rusiyanı Ukrayna üçün təhlükə kimi tanıyıb - Qətnamə qəbul edib...

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi (BMT BM) Ukraynanın təqdim etdiyi «Krımın və Sevastopolun, həm də Qara dənizin bir hissəsinin və Azov dənizinin Rusiya tərəfindən silahlandırılması» adlı qətnaməni qəbul edib. Bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, sənədin lehinə 66 ölkə, əleyhinə 19 dövlət səs verib, daha 72 dövlət isə bitərəf qalıb.

Qətnaməni qəbul etməklə, Baş Məclis işğalçı güc olaraq, Rusiya tərəfindən Krımın davamlı şəkildə silahlandırılmasından ciddi narahatlıq keçirdiyini ifadə edib. Sənəddə təsdiqlənir ki, Rusiya Krım ərazisində hərbi təlimlər keçirir və orada müasir silahlar yerləşdirir - bu səbəbdən dolayı da bölgədə gərginlik davam edir.

Sənədin müəllifləri bəyan edirlər ki, Qara dənizdə Rusiyanın fəaliyyəti Ukraynanın təhlükəsizliyini təhdid edir.

Bundan başqa, BMT Kerç boğazında körpü tikdiyinə görə, Rusiyanı günahlandırıb, eyni zamanda xarici gəmilərin Azov dənizindən keçməsinə məhdudiyyətlər tətbiq etdiyindən narazılığını ifadə edib.

Qətnamədə belə fəaliyyətini dayandırmaq üçün Moskvaya çağırış da öz əksini tapıb.

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-12-18 23:10:16

BMT ABŞ-ın sifarişlərini yerinə yetirən bir təşkilata çevrilib.Bir təşkilatın ki,qəbul etdiyi qətnamələri adi Ermənistan yerinə yetirmir,onda o təşkilat kimə lazımdır.Bu BMT belə güclü təşkilatdırsa nə üçün ermənistana təzyiq etmir ki,onun qətnamələrini yerinə yetirsin.Ona görə də ağlı başında olan dövlət başçısı öz ölkəsinin problemlərini özü həll etməlidir.Yoxsa BMT,ATƏT bunlar hamısı boş şeylərdir.

Son yazılar