«Belaruslar Rusiyanın tərkibinə daxil olmağı dəstəkləyirlər» - Jirinovski indi də Belarusa «diş atdı»

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Lideral-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bəyan edib ki, əgər Belarusda ölkənin Rusiyanın tərkibinə daxil olması barədə referendum keçirilərsə, mütəq əksəriyyət «hə» deyər. O, bu barədə özünün rəsmi «Teleqram-kanal»ında yazıb.

«Anlamaq lazümdır: ya bizim bazar münasibətlərimiz, ya da Rusiyanın tərkibinə daxil olun və aşağı qiymətlər alın» - deyə, Jirinovksi qeyd edib. Onun sözlərinə görə, Belarus rəhbərliyi «iki kətildə oturmaq» istəyir - «həm suverenliyi qorumaq, həm də qaz üçün rusiyadaxili qiymətlər əldə etməklə, təkrar satışdan qazanmaq»...

Volfoviç qeyd edib ki, Rusiya daha Sovet İttifaqındakı kimi siyasət yeritməyə (bütün resursları əyalətlərə yönəltmək, zavodlar, metro, kosmodrom tikmək və hər kəndə qaz xətti çəkmək) hazırlaşmır. «1991-ci ildə isə 14 respublikada ruslar düşmənə çevrildilər. Biz, daha bu yolla getməyəcəyik» - deyə, o, «qabaqdangəlmişlik» edib.

Bundan əvvəl, dekabrın 14-də Belarus lideri bəyan edib ki, Belarusu vilayətlərə bölmək və Rusiyaya «soxmaq» alınmayacaq. O, həm də guya, Rusiya Belarusu «yedizdirir» kimi əsassız qınağı axmaqlıq adlandırıb.

635x100

Şərhlər

Abit 2018-12-19 00:10:45

Müharibe yaxınlaşdıqca qarşılarına çeper-siper axtarırşar,yuxunuzda göreceksiniz

Son yazılar