Yevlaxda avtomobil elektrik dirəyinə çırpılıb

Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Xaldan yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı sakinlər tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda minik maşını traktorla toqquşub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar