"DGK bu il 30-dan çox korrupsiya faktı aşkar edib" - Səfər Mehdiyev

"Dövlət Gömrük Komitəsi (DGK) bu il 30-dan çox korrupsiya faktı aşkar edib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komitənin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin faktlardan cinayət tərkibi olan işlər aidiyyəti üzrə digər qurumlara göndərilib.

"Korrupsiya əməlləri ilə bağlı 100-dən çox əməkdaşı işdən çıxartdıq. Bununla bağlı 365 gün, 24 saat mübarizə aparacağıq", - deyə o, qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar