«Tramp Türkiyənin Suriyada yeni əməliyyat keçirməsini dəstəklədi» - Ərdoğan

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp qardaş ölkənin Suriyanın şimalında (Ərəfat çayının şərqində) cəmləşmiş kürd terrorçu qruplaşmalara qarşı hərbi əməliyyat keçirmək niyyətini dəstəkləyib.

«Türkiyə Suriyada terrorçu dəhliz yaradılmasına imkan verməyəcək» - deyə, Ərdoğan qeyd edib.

«Əməliyyat çərçivəsində Türkiyə hərbçiləri sonuncu terrorçu neytrallaşdırılana və bu ölkədə azad seçkilər keçirilənə qədər Suriya ərazisini «yoxlayacaq»» - Ərdoğan əlavə edib.

Türkiyə lideri onu da qeyd edib ki, hərbi əməliyyat Suriya-Türkiyə sərhədi boyunca 500 kilometrlik ərazidə və istənilən vaxt başlana bilər, həm də elə keçiriləcək ki, ABŞ hərbçilərinə zərər vurulmasın.

Əməliyyatın başlanacağı barədə Ərdoğan hələ dekabrın 12-də bəyan etmişdi. Bu xəbərə Vaşinqton neqativ reaksiya vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar