“Son 15 ildə Azərbaycanda 2 mln. yeni iş yeri yaradılıb” - Nazir

Azərbaycanda kiçik ailə təsərrüfatı subyektlərinin yaradılmasına dəstək veriləcək.

“Report” xəbər verir ki, bu barədə əmək və əalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxış edərkən bildirib.

"Prezidentin 2016-cı ildə imzaladığı sərəncam əsasında icrasına başlanılmış özünəməşğulluq layihələrinin maliyyələşdirlməsi üçün bu il 35 mln. manat ayrılıb. Hazırda 7 737 nəfər həmin layihələrə cəlb olunub. Proqramın icrası nəticəsində təkcə 2018-ci ildə 7 min kiçik müəssisə yaradılıb. Bu da kiçik sahibkarlığın inkişafına töhfədir. Nöbəti illərdə bu proqramın əhatə dairəsi genişləndiriləcək. Əhalinin kövrək təbəqələri üçün kiçik ailə təsərrüfatı subyektlərinin yaradılmasına dəstək veriləcək",- deyə o, qeyd edib.

Nazir onu da bildirib ki, son 15 ildə Azərbaycan 2 mln. yeni, o cümlədən 1,6 mln. daimi iş yeri yaradılıb.

“Ölkədə orta aylıq nominal əmək haqqı 6,6 dəfə artıb. Bu göstəricilər sübut edir ki, həyata keçirilən islahatlar, sahibkarlığın dsətləklənməsi istiqamətində görülən təbirlər nəticə verir. Əhalinin gəlirləri artır, sosial rifahı yaxşılaşır”, - deyə S.Babayev qeyd edib.

635x100

Şərhlər

EJDER 2018-12-19 11:30:31

COX MARAQLI NAQILDI...INKIWAFI YADDAN CIXARMAYIN...DAYANIQLI YAXWIDI,QOYMAYIN UZANMAQA,YOXSZ DUNYA ICTIMAHIYYETININ YANINDA BIABIR OLARIQ

Babayevə 2018-12-19 11:30:31

Bu adamlar iş yeri dedikdə nəyi nəzrdə tutur və necə hesablayırlar?Son 15 ildə bağlana banklardan işsiz qalan təhsilli,stajlı işçilər üçün (sayı təxminən 6-7 min nəfər), bağlanan,köçüb buradan gedən xarici firmaların savadlı və təcrübəli işçiləri üçün (təxminən 6-7 min nəfər)hansı iş yerləri açılıb? Küçə süpürən (gündə birini avtomobil vurub öldürənlər), müvəqqəti inşaat fəhlələri, cangüdənlər (hərçəndi onlar da savadlı və stajlı intelekt sahibi olmayanlardır), adi fəhlələrdən başqa ölkədə iş yeri açılıb?

Son yazılar