Bakı sakinini ailə üzvlərini öldürməklə hədələyib 25 min manat istəyən şəxslər tutulublar

Bakı sakinini ailə üzvlərini öldürməklə hədələyən şəxslər tutulublar.

“Report”un xəbərinə görə, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Elxan Hacıyevi ailə üzvlərini öldürməklə hədələyərək ondan 25 min manat pul tələb edən şəxslər aşkarlanıblar.

Polisin əməliyyatı nəticəsində Hökümə Şirinova, Şəmistan Hüseynov, Elçin Hüseynov və Raman İsmayılov tutulublar.

Fakt üzrə araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar