"Moskva Ermənistanın ABŞ-ın təzyiqlərinə sinə gərəcəyinə ümid edir" - XİN

"Rəsmi Moskva Ermənistanın yeni hökumətinin ABŞ tərəfindən təzyiq və hədə-qorxulara sinə gərməyə cəsarət taparaq müstəqil qərarlar verəcəyinə ümid edir".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

O deyib ki, bu il ölkədəki köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur: "Oktyabr ayında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, onda pərdəarxası necə “qolburma” etdiklərini təsəvvür etmək olar”.

“Ermənistandakı parlament seçkilərində lazımi etimad qazanan indiki hökumətin açıq-aşkar təzyiq və hədə-qorxulara sinə gərmək üçün cəsarət taparaq milli mənafeyinə uyğun müstəqil qərarlar verəcəyinə və suveren hüquqlarını müdafiə edəcəyinə ümid edirik”, - rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, Ermənistanda bu il dekabrin 9-da keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku səslərin 70,45 faizini toplayıb. Əvvəlki iqtidar olan Respublikaçılar Partiyası isə parlamentə keçə bilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar