Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni bina tikiləcək
Baxiş sayı:
Dərc olunub:
19/12/2018 - 14:15
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi üçün yeni inzibati bina tikiləcək.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət proqramında 2023-cü ilədək məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə onun müasir tələblərə cavab verən yeni inzibati binasının inşa edilməsi və müasir avadanlıqla təchiz olunması nəzərdə tutulur.
İşin icrası Nazirlər Kabinetinə tapşırılıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.