İŞİD Suriyada son iki ayda 700-dək insan öldürüb

İŞİD terrorçu təşkilatı son iki ay ərzində Suriyanın Həcin şəhəri ətrafında - İraq sərhədi yaxınlığında nəzarət etdiyi kiçik ərazidə 700-dək insanı qətlə yetirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Londonda yerləşən “İnsan hüquqlarına dair Suriya müşahidə mərkəzi” adlı qeyri-hökumət təşkilatının yaydığı məlumata görə, öldürülənlər İŞİD tərəfindən əsir saxlanılan 1350 nəfər dinc sakin və silahlılardır.

Bununla bağlı rəsmi məlumatların hələlik açıqlanmadığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar